Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi


Azərbaycan əsilli Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbələrinə istinadla “zn.ua” portalı məlumat yayıb.
Məlumata görə, müvafiq qərarı Ukrayna müdafiə naziri Mixaylo Fedorov verib.
Yeni vəzifəsində Məmmədov Silahlı Münaqişələr Qanununun Pozulmasının Sənədləşdirilməsi Departamentinə rəhbərlik edəcək və döyüş zonalarında birbaşa törədilən müharibə cinayətləri haqqında məlumatların qeydə alınması və qorunmasına məsul olacaq. Yeni departament həmçinin rəqəmsal materialların toplanmasını sistemləşdirmək, onları qorumaq və Ukrayna və beynəlxalq məhkəmələrdə sonrakı istifadə üçün istintaq orqanlarına təqdim etmək üzərində işləyəcək.
Qeyd edək ki, Məmmədov 2019-cu ildən 2022-ci ilə qədər Ukrayna Baş Prokurorunun müavini vəzifəsini icra edib. Məhz onun təşəbbüsü ilə Baş Prokurorluqda ixtisaslaşmış “müharibə şöbəsi” yaradılıb və bu, Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı ilk beynəlxalq cinayətlərin sistematik araşdırılması üçün əsas olub.
2022-ci ilin fevral ayında Ukrayna-Rusiya müharibəsinin başlamasından sonra o, Ukrayna Silahlı Qüvvələrinə qoşulub və hazırda “Yakiv Handzyuk” adına 59-cu Hücum Briqadasının zabitidir.

DİGƏR XƏBƏRLƏR

Top