“YouTube” “Netflix”i geridə qoydu


2025-ci ildə “YouTube” dünya üzrə orta baxış müddətinə görə “Netflix”i geridə qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Britaniyanın “Digital i” analitik şirkəti tərəfindən dərc edilib.
Məlumata görə, keçən il qlobal miqyasda “YouTube”un orta baxış müddəti hər hesab üçün gündə 87,2 dəqiqədən 99,1 dəqiqəyə qədər artıb. “Netflix”in orta baxış müddəti isə hər hesab üçün gündə 100,5 dəqiqədən 93,4 dəqiqəyə qədər azalıb.
“Digital i” ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, Meksika, Braziliya və Cənubi Koreya da daxil olmaqla 20 ölkədə müxtəlif xidmətlərin baxış müddətini analiz edir.
Şirkətin analitikləri qeyd edirlər ki, Cənubi Koreya bu ölkələr arasında gündə orta hesabla 161,5 dəqiqə ilə ən yüksək “YouTube” baxış müddətinə malikdir.
Yaş qrupu baxımından gündə orta hesabla 111 dəqiqə “YouTube”a baxmaqla Z nəsli (ümumilikdə 1997-2012-ci illər arasında anadan olanları əhatə edir) liderlik edir.
Tədqiqatın müəllifləri həmçinin qeyd edirlər ki, bu videoxidmət getdikcə televiziorlarda daha çox baxılır. Belə baxışların payı televizorlarda 28%-dən 35%-ə qədər artıb, mobil cihazlarda isə 35%-dən 31%-ə qədər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top