Ardanın həmin qolu La Liqada mövsümün ən yaxşısı seçildi – Video


“Real Madrid” klubunda oynayan Türkiyə milli komandasının oyunçusu Arda Gülərin “Elçe”yə qarşı təxminən 70 metr məsafədən vurduğu qol İspaniya La Liqasında mövsümün ən yaxşı qolu seçilib.
Yeniavaz.com
xəbər verir ki, Arda Gülərin qolunun videosu La Liqanın sosial media səhifələrində “Meydanın mərkəzindən. Arda Gülər ​​2025-26 mövsümünün ən gözəl qolunu vurur” başlığı ilə yerləşdirilib.
Türkiyə milli komandasının oyunçusu 28-ci turda “Elçe” üzərində 4-1 hesablı qələbə ilə başa çatan oyunun 89-cu dəqiqəsində La Liqada mövsümün ən yaxşı qolunu vurub. O, qapıçının irəli çıxdığını görüb, meydanın öz hissəsindən təxminən 70 metr məsafədən rəqib qapısına zərbə endirib.

DİGƏR XƏBƏRLƏR

Top