Mourinyo Türkiyəni məhkəməyə verdi


“Fənərbağça”nın keçmiş baş məşqçisi Joze Mourinyo Türkiyə Futbol Federasiyası tərəfindən tətbiq edilən sanksiyalardan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) apellyasiya şikayəti verib.
Yeniavaz.com
“Haberler.com” portalına istinadla xəbər verir ki, AİHM şikayəti qəbul edib və Türkiyədən rəsmi izahat tələb edib.
Təcrübəli məşqçi şikayətində Türkiyə Futbol Federasiyasının məhkəmə orqanlarının qərarlarına etiraz edib.
Joze Mourinyo 2024-cü ilin noyabr ayında “Trabzonspor”la oyundan sonra Peşəkar Futbol İntizam Komitəsinin tətbiq etdiyi sanksiyalardan apellyasiya şikayəti verib.
Portuqaliyalı məşqçiyə soyunub-geyinmə otağına girmək qadağan edilib və ağır cərimə tətbiq edilib. Apellyasiya Komitəsinin qərarı qüvvədə saxlanılıb.
Şikayətində Mourinyo Türkiyə futbol hakimiyyətinin müstəqil olmadığını, ifadə azadlığı hüququnun və ədalətli məhkəmə hüququnun pozulduğunu iddia edir.
O, həmçinin əsaslandırılmış qərarla tanış olmadığını irəli sürür.
Mətbuat orqanı yazır ki, Türkiyənin müşahidələrini və izahatlarını AİHM-ə təqdim etmək üçün altı aya qədər vaxtı var. Bundan sonra məhkəmə şikayəti qiymətləndirəcək.

DİGƏR XƏBƏRLƏR

Top