
Ermənistan və ABŞ mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflanmış TRIPP üzrə çərçivə sazişi imzalayıblar.
Yeniavaz.com “Armenpress” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı videomaterialda xarici işlər naziri Ararat Mirzoyanın sənədi imzaladığı əks olunub.
“Bir neçə gün əvvəl Ermənistana səfəri zamanı mən və ABŞ dövlət katibi Marko Rubio tərəfindən paraflanmışdı. Dövlət katibi Rubio sənədi imzaladı, sənəd Ermənistana göndərildi və indi mən onu Ermənistan tərəfindən imzaladım. Bununla da məsafədən imzalanma prosesi başa çatır və saziş təsdiqlənməyə hazırdır”, - deyə Ararat Mirzoyan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz