
May ayında ChatGPT çatbot tətbiqinin aylıq aktiv istifadəçilərinin sayı 1 milyarda çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Sensor Tower” Amerika analitik şirkətinin məlumatlarına istinadla məlumat yayıb.
Şirkətin hesablamalarına görə, neyron şəbəkəsinin istifadəçi bazasının təxminən üç illik fəaliyyət dövründə artımı “Google Maps” tətbiqlərinin və “TikTok”, “YouTube” və “Instagram” sosial şəbəkələrinin artım tempini üstələyib.
Qeyd edək ki, 2022-ci ildə OpenAI istifadəçilərlə interaktiv şəkildə qarşılıqlı əlaqə qura bilən ChatGPT xidmətini təqdim edib. Çatbot aydınlaşdırıcı sualları cavablandıra, səhvlərini etiraf edə, səhv fərziyyələrə meydan oxuya və uyğunsuz sorğuları rədd edə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz