
“Barselona” klubunun yarımmüdafiəçisi Lamin Yamal Beynəlxalq Futbol İdman Araşdırmaları Mərkəzi (CIES) tərəfindən dünyanın ən bahalı oyunçusu seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
Məlumata görə, ispaniyalı oyunçunun transfer qiyməti 358,1 milyon avro olaraq qiymətləndirilirib.
Ona ən yaxın futbolçu İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holandır (227,3 milyon avro). İlk üçlüyü isə İspaniyanın “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappe tamamlayır (165,7 milyon avro).
Yamal ardıcıl ikinci ildir ki, CIES-in dünyanın ən bahalı futbolçuları siyahısında ilk yeri tutur. 2025-ci ildə onun transfer qiyməti 402,3 milyon avro olub. Bu siyahıda da Holan ikinci yeri tutub (239,6 milyon avro). Siyahının üçüncüsü isə 2026-cı ildə ilk 10-luğa düşə bilməyən “Real Madrid”in ingilis yarımmüdafiəçisi Cud Bellinqem (233,8 milyon avro) olub.
Qeyd edək ki, 18 yaşlı Yamal “Barselona”nın gənclər sisteminin yetirməsidir. O, 2023-cü ildən əsas komandada oynayır. Bu mövsüm Yamal “Barselona”nın heyətində müxtəlif yarışlarda 45 oyun keçirib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib. O və komanda iki İspaniya liqa titulunu, İspaniya Super Kubokunu və İspaniya Kubokunu qazanıb.
Xatırladaq ki, Yamal İspaniya millisində debütünü 2023-cü ildə edib və 25 oyunda iştirak edib, 6 qol vurub və 12 məhsuldar ötürmə edib. O, milli komanda ilə 2024-cü il Avropa Çempionatını qazanıb və 2025-ci il Millətlər Liqasının finalına yüksəlib.
Tətbiqimizi yükləyə bilərsiniz