
ABŞ-də aparılan danışıqlardan sonra Livan və İsrail nümayəndələri atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.
Bəyanata görə, Livan və İsrail nümayəndələri 2-3 iyun tarixlərində Vaşinqtonda danışıqlar aparıblar. ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində İsrail və Livan atəşkəs rejiminin tətbiqi barədə razılığa gəliblər.
Sənəddə qeyd edildiyinə görə, razılaşma “Hizbullah” hərəkatı tərəfindən tam atəşkəs və bütün “Hizbullah” döyüşçülərinin Litani çayının cənubundakı sektordan çıxarılması şərti ilə həyata keçirilib.
Sənəddə həmçinin qeyd olunur ki, tərəflər hərtərəfli razılaşmaya nail olmaq məqsədi ilə 22 iyun tarixi ilə başlayan həftə ərzində siyasi və təhlükəsizlik məsələləri üzrə qarşılıqlı əlaqəni davam etdirmək barədə razılıq əldə ediblər.
ABŞ-nin isə bu müddət ərzində tərəflər arasında əlaqəni təmin etməsi nəzərdə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz