
ABŞ və İran münaqişənin həlli üçün dörd mərhələdə həyata keçiriləcək müvəqqəti razılaşmanı təsdiqləməyə yaxındırlar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Vaşinqton və Tehran arasında müvəqqəti razılaşmanın həyata keçirilməsində bir mərhələdən digərinə keçid hər mərhələdə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra baş verəcək.
Birinci mərhələ mövcud atəşkəsin möhkəmləndirilməsini, bölgədə hər hansı bir eskalasiyanın və ya yeni cəbhələrin açılmasının qarşısının alınmasını əhatə edir.
İkinci mərhələ dəniz təhlükəsizliyi və Hörmüz boğazını əhatə edir, dəniz blokadasının qaldırılmasını və dəniz yollarının və enerji boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirləri nəzərdə tutur.
Mənbələrə görə, üçüncü mərhələ sanksiyaların məhdud şəkildə yumşaldılmasını və İranın xaricdəki dondurulmuş aktivlərinin qismən aktivlərşdirilməsini nəzərdə tutur.
Sonuncu mərhələdə tərəflər uranın zənginləşdirilməsi səviyyələri və beynəlxalq monitorinq mexanizmləri də daxil olmaqla, İranın nüvə dosyesini müzakirə etməyi planlaşdırırlar.
Mənbələr bildirirlər ki, bu mərhələ aylarla davam edən əlavə danışıqları tələb edə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz