Tramp Fransaya gedir – Sammitdə iştirak edəcək


ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək Böyük Yeddiliyin (G7) sammitində iştirak edəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“Amerika tarixinin ən həyəcanlı gecələrindən biri olacaq UFC (Ultimate Fighting Championship) döyüşlərindən dərhal sonra Fransada keçiriləcək G7 sammitində iştirak edəcəyəm”, - Tramp bildirib.
Qeyd edək ki, UFC döyüşləri tarixdə ilk dəfə ABŞ paytaxtındakı Amerika prezident iqamətgahında keçiriləcək. Döyüşlər hazırkı Amerika Prezidentinin 80 illik yubileyi və 4 iyulda qeyd olunan Müstəqillik Günü şərəfinə təşkil ediləcək. Döyüşlərin 14 iyun tarixində keçirilməsi gözlənilir.
Xatırladaq ki, Fransanın sədrliyi ilə keçiriləcək G7 sammiti 15-17 iyun tarixlərində Cenevrə gölünün sahilindəki Evian-le-Ben kurort şəhərində (Yuxarı Savoyya departamenti) keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top