
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Yeniavaz.com xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib.
“Tipos Arena”da keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
Daha sonra penaltilər seriyası baş tutub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb.
Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz