
“Meksika polisi ABŞ-yə aparan nəhəng bir tunel aşkar edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.
Bildirilib ki, yeraltı keçid federal hüquq-mühafizə orqanlarının ölkənin şimal-qərbindəki Nueva Tijuana bölgəsində keçirdiyi basqın zamanı aşkar edilib. Altı metrdən çox dərinlikdə yerləşən tunel təxminən 265 metrə uzanır. Quruluş ABŞ-yə qanunsuz giriş üçün nəzərdə tutulub.
Axtarış zamanı polis sursat, mobil telefonlar, bank kartları, rəqəmsal videoqeydiyyat cihazı və onlarla doza metamfetamin müsadirə edib.
Tətbiqimizi yükləyə bilərsiniz