
ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, iyul ayında Türkiyənin paytaxtı Ankarada keçiriləcək Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) qarşıdan gələn zirvə görüşü Vaşinqtonun tənqidinə görə ittifaqın tarixində ən vacib olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rubio ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləməsində danışıb.
“Düşünürəm ki, iyul ayında Türkiyədə keçiriləcək növbəti NATO görüşü, çox güman ki, NATO tarixində ən vacib görüş olacaq. Çünki aydınlaşdırılmalı və həll edilməli məsələlər var. Biz hələ də NATO-dayıq. Lakin NATO-nun əhəmiyyətli dəyişikliklərə ehtiyacı var. Prezident (ABŞ Donald Tramp) NATO-dan çox məyus olduğunu açıq şəkildə bildirib”, - Rubio deyib.
O, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədə keçiriləcək NATO Sammitində şəxsən iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz