
Bu ilin aprel ayında işğaldan azad olunan rayonlara turizm məqsədi ilə 209 nəfər xarici ölkə vətəndaşı səfər edib.
Yeniavaz.com xəbər verir ki, əcnəbi turistlər ən çox Şuşa rayonuna gediblər.
Bu ilin aprel ayı ərzində Şuşaya 198 əcnəbi turist səfər edib. 11 nəfər turist isə Laçın rayonuna gedib. İşğaldan azad olunan digər rayonlara isə əcnəbi turist getməyib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə 195 nəfər əcnəbi turist ancaq Şuşa rayonuna səfər edib.
Bu ilin aprel ayında Şuşaya gedən əcnəbi turistlər aşağıdakı ölkələrin vətəndaşları olublar:
Türkiyə – 114 nəfər;
Almaniya – 15 nəfər;
Rusiya – 10 nəfər;
Qazaxıstan – 8 nəfər;
Özbəkistan – 7 nəfər;
Digər ölkələr – 44 nəfər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz