“Ford” 420 min avtomobili geri çağırır


ABŞ avtomobil istehsalçısı “Ford Motor” təhlükəsizlik kəmərinin dartıcısındakı nasazlıqla əlaqədar ABŞ-də təxminən 420 000 avtomobili geri çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Məlumata görə, geri çağırılma 2018-2022-ci illərin istehsalı olan “Ford Expedition” və “Lincoln Navigator” avtomobillərini əhatə edir.
Bu nəqliyyat vasitələrində sürücünün və ya ön sərnişinin təhlükəsizlik kəmərinin dartıcıları kilidlənə və kəmərin düzgün şəkildə uzanmasına və ya geri çəkilməsinə mane ola bilər. Bu isə qəza zamanı xəsarət alma riski yarada bilər.
Məlumata görə, dilerlər sözügedən nəqliyyat vasitələrini yoxlayacaq və nasaz olan dartıcıları dəyişdirəcəklər.
Qeyd edək ki, ilin əvvəlindən bəri şirkətin bazar kapitallaşması 23% artaraq 66,27 milyard dollara çatıb.

DİGƏR XƏBƏRLƏR

Top