Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib?


Bu ilin aprel ayında Azərbaycana qonşu İrandan 422 nəfər turist səfər edib.
Yeniavaz.com
xəbər edir ki, mart ayı ilə müqayisədə İrandan gələn turistlərin sayı 39% və ya 118 nəfər artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə İrandan gələn turistlərin sayı 4 dəfəyə yaxın azalıb. Belə ki, ötən ilin aprel ayında turizm məqədilə İrandan Azərbaycana 1 637 nəfər gəlib.
Qeyd edək ki, bu ilin aprel ayında Azərbaycana gələn iranlı turistlərin 62%-i və ya 263 nəfəri istirahət və əyləncə məqsədilə səfər ediblər. Bundan başqa, 91 nəfər qohumlara, dostlara baş çəkmək, 54 nəfər işgüzar, 12 nəfər tranzit, 2 nəfər isə dini ziyarət məqsədilə İrandan Azərbaycana gəlib.
Onu da bildirək ki, ABŞ və İsrail fevralın 28-i İrana qarşı müharibəyə başlayıblar. Aprelin 7-si isə ABŞ və İran atəşkəs elan ediblər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top