
Özgür Özəl məhkəmə qərarı ilə Türkiyənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiytasına (CHP) qəyyum təyin edilən Kamal Kılıçdaroğlunun həbsdə olan İstanbulun sabiq bələdiyyə sədri Əkrəm İmamoğluya partiya sədrliyini təklif etdyini iddia edib.
Yenavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərlə görüşü zamanı danışıb.
“Deyib ki, “Gəl birləşək və Özəli devirək”, - deyə partiya sədrliyindən uzaqlaşdırılan Ö. Özəl bildirib.
O qeyd edib ki, Kılıçdaroğlu Əkrəm İmamoğlunun həbsindən sonra onun həyat yoldaşı Dilək İmamoğlunu ziyarət edib və həbsdə olduğu müddətdə dəfələrlə Əkrəm İmamoğluya CHP sədrliyi təklif edib.
“Əkrəm İmamoğlu həbs olunanda Kamal bəy onun həyat yoldaşını ilk ziyarət edənlərdən biri oldu. Onlar həbsxanada Əkrəm bəyi ziyarət ediblər və ona dəfələrlə “Gəl birləşək və Özgür bəyi devirək” deyiblər. Onlar Əkrəm bəyə həbsdə olarkən partiya rəhbərliyini təklif ediblər”, - deyə Özgür Özəl qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz