
Yasamal rayonu ərazisində yerləşən marketlərdən oğurluq edilib.
Yeniavaz.com xəbər verir ki, Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nəticədə zərərçəkənlərə ümumilikdə 6000 manata yaxın maddi ziyan dəyib.
“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı R.Gözəlov və 44 yaşlı Z.Baxışzadə müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz