“Mən olmasaydım, sən həbsxanada idin” – Trampdan Netanyahuya sərt sözlər


ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasındakı telefon danışığı zamanı mübahisə yaşanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Tramp telefon danışığı zamanı Netanyahunu “dəli” adlandırıb və onu nankorluqda günahlandırıb.
“Sən dəlisən. Mən olmasaydım, sən indi həbsxanada idin. İndi hamı sənə nifrət edir. Buna görə də, hamı İsrailə nifrət edir”, - Amerika lideri qeyd edib.
Tramp Netanyahuya korrupsiyaya görə həbsdən yayınmasına kömək etdiyini və Livana endirilən zərbələr nəticəsində İsrailin beynəlxalq aləmdə təcrid olunduğunu qeyd edib.
Tramp həmçinin Netanyahunu İranla danışıqlar prosesini baltalamaqda ittiham edib.
“Axios”un məlumatına görə, ABŞ Prezidenti çox sayda mülki şəxsin ölümündən və “Hizbullah”ın bir neçə komandirinin məhv edilməsi üçün bütöv binaların məhv edilməsindən dərin narahatlığını ifadə edib.
Qeyd edək ki, iyunun 1-də ABŞ Prezidenti Netanyahu və “Hizbullah” rəhbərliyinin Livanda atəşkəs barədə razılığa gəldiyini elan edib. İsrail Baş naziri ilə telefon danışığından sonra Amerika lideri İsrail qoşunlarının Beyruta göndərilməyəcəyini bildirib.
Təklif olunan mexanizmə əsasən, İsrail qüvvələri Beyrutun cənub ətraflarına hücumları dayandırmalı və “Hizbullah” İsrailə hücumlardan çəkinməyə söz verməlidir. Həmçinin, atəşkəs bütün Livanı əhatə etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top