İran Küveyt aeroportunu vurdu – Video


İran Küveyt Beynəlxalq Hava Limanına dron hücumu həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, hücumdan sonra hava limanında yaranan dağıntıları əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
“İranın təcavüzü bir nəfərin ölümünə və digərlərinin yaralanmasına səbəb olub. Hücum nəticəsində həyati əhəmiyyətli obyektlərə və diplomatik nümayəndəliklərə də ziyan dəyib”, - Küveyt Xarici İşlər Nazirliyi bildirib.
Xatırladaq ki, bu gecə ABŞ ordusu İranın Qeşm adasına zərbələr endirib, eləcə də bir neçə İran raketi və dronunu vurub. İran isə, buna cavab olaraq, qonşu ölkələrdəki ABŞ bazalarına bir neçə ballistik raket atıb.

DİGƏR XƏBƏRLƏR

Top