5 universitet “Məzun günü” üçün 450 min manat xərcləyəcək – Siyahı


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Bakı Kristal Zalı” MMC (VÖEN – 1701377101) ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Satınalma “Məzun günü” tədbirinin keçirilməsi ilə bağlı Bakı Kristal Zalında xidmətlərin təşkili ilə əlaqədardır. UNEC qeyd olunan xidmət üçün “Bakı Kristal Zalı” MMC-yə 82 min 600 manat ödəyəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də eyni məqsədlə “Bakı Kristal Zalı” MMC ilə müqavilə imzalayıb. Bu müqavilənin də dəyəri 82 min 600 manat olub.
Onu da bildirək ki, “Məzun günü” tədbirinin keçirilməsi üçün Bakı Dövlət Universiteti (BDU) 2 şirkətlə – “Admedia.az” MMC (VÖEN – 2002644161) və “Milli Gimnastika Arenası” MMC (VÖEN – 1602057861) ilə müqavilələr imzalayıb. BDU “Admedia.az” MMC-yə 155 min 913 manat 40 qəpik, “Milli Gimnastika Arenası” MMC-yə isə 94 min 400 manat ödəyəcək.
Azərbaycan Tibb Universiteti isə “Məzun günü” tədbiri keçirmək üçün “Baku Boulevard Hotel Company” MMC (VÖEN – 1402872891) ilə 20 min manat dəyərində müqavilə imzalayıb.
Bunlardan başqa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Məzun günü” tədbiri üçün “Prosound” MMC (VÖEN – 1406498831) ilə 6 min 966 manat 72 qəpik, 1 nömrəli Bakı Tibb Kolleci isə “Məzun günü” üçün “Dezoom” MMC (VÖEN – 3104886891) ilə 10 min 290 manat dəyərində müqavilələr bağlayıb.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top