”TikTok”un qurucusu Asiyanın ən varlıları siyahısında ikinciliyə yüksəldi


“TikTok”un qurucusu Çjan İmin hindistanlı milyarder Mukeş Ambanini geridə qoyaraq, Asiyanın ikinci ən varlı sahibkarı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Business Standard” qəzeti ”Bloomberq Milyonerlər İndeksi”nə istinadla məlumat yayıb.
Məlumata görə, Çjan İminin sərvəti 92,8 milyard dollara çataraq, Çinin ən varlı insanı mövqeyini möhkəmləndirib.
“Bloomberg”in 2019-cu ilin mart ayında Çjan İminin aktivlərini izləməyə başlamasından bəri onun sərvəti yeddi dəfədən çox artıb.
Çjan İminin sərvəti qlobal video platformasının uğuru və həmtəsisçisi olduğu “ByteDance”ın çoxfunksiyalı süni intellektlə işləyən “Doubao” çatbotunun artan populyarlığı fonunda artıb.
“Capital Securities” analitiki Emi Lin bildirib ki, maliyyə aktivlərindəki kəskin artım şirkətin güclü fundamental göstəricilərini və Çindəki “Doubao” kimi tətbiqlərinin uğurunu əks etdirir.
Mukeş Ambani isə 86,9 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlılar siyahısında üçüncü yerə düşüb. Hindistanlı milyarder Qautam Adani 117 milyard dollarlıq sərvəti ilə siyahıda ilk yeri tutmaqda davam edir.
Qeyd edək ki, dünyanın ən varlı adamlarının reytinqində ilk yerdə amerikalı iş adamı İlon Mask dayanır. Onun sərvəti ”Bloomberq Milyonerlər İndeksi”nə görə 726 milyard dollara çatır.

DİGƏR XƏBƏRLƏR

Top