Bekhemin də Hollivudun Şöhrət Xiyabanında ulduzu olacaq


“Mançester Yunayted” və “Real Madrid”in keçmiş futbolçusu Devid Bekhemin şərəfinə Hollivudun Şöhrət Xiyabanında ulduz qoyulacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerikanın “Variety” qəzeti məlumat yayıb.
Məlumata görə, mərasim iyunun 12-də keçiriləcək.
Qeyd edək ki, Bekhemin 51 yaşı var. O, 2013-cü ildə futbol karyerasını başa vurub. O, 1993-cü ildən 2003-cü ilə qədər “Mançester Yunayted”də çıxış edib. Bekhem komanda ilə 265 oyun keçirib və 62 qol vurub. İngilis futbolçu altı İngiltərə Premyer Liqası titulu, iki İngiltərə Kuboku və iki Super Kubok qazanıb.
O, həmçinin 1999-cu ildə Çempionlar Liqasının qalibi olub.
Bekhem karyerası ərzində “Real Madrid”, “Paris Saint-Germain” və “Los Angeles Galaxy” kimi klublarda oynayıb. O, 2025-ci ilin iyun ayında cəngavər tituluna layiq görülüb.
Bekhem həmçinin İngiltərə millisində 115 oyun keçirib və 17 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top