
Bu gün ABŞ-də İsrail və Livan arasında sülh danışıqlarının beşinci raundu keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqot “X” sosial şəbəkə səhifəsində bildirib.
O qeyd edib ki, mayın 2-də ABŞ-də keçirilən dördüncü raundda tərəflər hərtərəfli razılaşmaya yaxınlaşmaqda irəliləyiş əldə ediblər.
“Son 20 ilin çətinliklərini dəf edirik və Livanın suverenliyini bərpa etməyə və İsrailin təhlükəsizliyini təmin etməyə yönəlmiş hərtərəfli bir razılaşmaya doğru irəliləyirik”, - Piqot qeyd edib.
Qeyd edək ki, daha əvvəl “Janoubia” xəbər portalı mənbələrə istinadla məlumat vermişdi ki, danışıqlar zamanı ABŞ nizamlamanın bir hissəsi olaraq 60 günlük keçid dövrü yaratmaq planı irəli sürüb. Bu müddət ərzində İsrail qoşunları tədricən Livan ərazisindən çıxarılacaq və onların yerində BMT-nin Müvəqqəti sülhməramlı qüvvələri yerləşdiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz