
Tramp administrasiyası çərşənbə axşamı Tehrana qarşı təzyiq kampaniyasının bir hissəsi olaraq İranın ən böyük kriptovalyuta birjasına sanksiya tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, sanksiya “Nobitex” kriptovalyuta birjasına, onun baş direktoruna və üç həmtəsisçisinə, eləcə də İranın “Wallex”, “Bitpin” və “Ramzinex” birjalarə da daxil olmaqla daha üç kriptovalyuta platformasına təsir göstərib.
ABŞ Maliyyə Nazirliyi “Nobitex” şirkətini İranın terror fəaliyyəti ilə bağlı ödənişləri asanlaşdırmaqda ittiham edib.
Nazirlik həmçinin şirkəti sanksiyalardan yayınmağa kömək etməkdə və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli əməliyyatları idarə etməkdə günahlandırılıb.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, “Nobitex” İran Mərkəzi Bankına kəskin şəkildə dəyərdən düşən İran rialını dəstəkləmək üçün istifadə edilən yüz milyonlarla dollarlıq stabilkoinlərə çıxış əldə etməyə kömək edib.
Bundan əlavə, nazirliyin məlumatına görə, platforma İran hökumət rəsmilərinə beynəlxalq kriptovalyuta birjalarına daxil olmağa və müxtəlif yurisdiksiyalardakı sanksiyalardan yayınmağa imkan verib.
“ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının başlamasından bəri, “Nobitex” internetin bağlanmasına baxmayaraq rejimin aktivlərinin gizlədilməsinə kömək edərək, İrandakı aktivlərin və vəsaitlərin qorunmasında və xaricə daşınmasında rol oynayıb”, - nazirlik qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz