
Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında Azərbaycan millisi 1/4 final qarşılaşmasına çıxıb.
Yeniavaz.com xəbər verir ki, millimiz bu mərhələdə Çexiya seçməsi ilə qarşılaşıb və rəqibini 5:2 hesabı ilə məğlub edib.
Bununla da millimiz yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, yarımfinal bu gün baş tutacaq və millimiz Serbiya ilə üz-üzə gələcək.
Tətbiqimizi yükləyə bilərsiniz