
ABŞ-nin Federal Mənzil Maliyyələşdirmə Agentliyinin (FHFA) direktoru Bill Pulte ölkənin Milli Kəşfiyyat direktoru vəzifəsinə təyin olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə başçısı Donald Tramp məlumat yayıb.
Bildirilib ki, yeni təyinatına baxmayaraq, 38 yaşlı Pulte FHFA direktoru və ipoteka nəhəngləri “Fannie Mae/Freddie Mac”ın sədri vəzifələrində qalacaq.
“Uilliam Amerikanın ən həssas məsələlərini idarə etmək, maliyyə bazarlarının təhlükəsizliyini və möhkəmliyini təmin etmək və “Fannie Mae/Freddie Mac”da 10 trilyon dollardan çox vəsaiti idarə etmək sahəsində geniş təcrübəyə malikdir”, - Tramp yazıb.
ABŞ mətbuatına görə, Donald Tramp geniş kəşfiyyat icmasına rəhbərlik etmək üçün milli təhlükəsizlik təcrübəsi olmayan bir siyasi müttəfiqi təyin edib.
Xatırladaq ki, Pulte Tulsi Qabbardı əvəz edəcək. Qabbard bu vəzifəni 2025-ci ilin fevral ayından bəri tutub. Tulsi may ayının ortalarında ərinin xəstəliyini əsas gətirərək istefa verib. “Reuters”in məlumatına görə, o, Ağ Evlə fikir ayrılıqları səbəbindən istefa verməyə məcbur olub.
Tətbiqimizi yükləyə bilərsiniz