Seyran Ohanyan: Bəsdir ədalətli ölkə xəyalları ilə yaşadıq

Bəsdir ədalətli ölkə haqqında xəyallarla yaşadıq. “Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan “Facebook” səhifəsində yazıb. O, vətəndaşları bu xəyalların reallaşdırılmasına başlamağa çağırıb. Keçmiş nazir bildirib ki, zəifləmiş iqtisadiyyat, miqrasiya, insanların məyusluğu, hakimiyyətə qarşı artan ictimai etimadsızlıq ordunun arxa cəbhəsini təmin edə bilmir: “Fikrimcə, problemlərimizin əsasını qanun qarşısında bərabərsizlik, ədalətsizlik, geniş yayılmış qərəz və korrupsiya təşkil edir. Qarşıdakı parlament seçkiləri bunları dəyişmək imkanı verir”.

DİGƏR XƏBƏRLƏR

Top