
Atası Tunis millisinin 19 yaşlı futbolçusu Lue Ben Farhatın dünya çempionatına getməsinə icazə verməyib.
Yeniavaz.com “Foot Africa” portalına istinadla xəbər verir ki, bu barədə Tunis milli komandasının baş məşqçisi fransalı mütəxəsis Sabri Lyamuşi məlumat verib.
Onun sözlərinə görə, əsas arqument oğlunun artıq iki dəfə böyüklər komandasında oynamasına baxmayaraq, hazır olmamasıdır.
Atası həmçinin Ben Farhatın dünya çempionatında uğursuz olacağından və top klublar üçün daha az cəlbedici olacağından ehtiyat edir.
Qeyd edək ki, gənc futbolçu hazırda ikinci Bundesliqadakı “Karlsrue” klubunda çıxış edir. Bu mövsüm o, 19 oyunda iştirak edib və ümumilikdə, 6 qol vurub.
Tətbiqimizi yükləyə bilərsiniz