
Ermənistanın Korrupsiyanın Qarşısının Alınması üzrə Komissiyası “Güclü Ermənistan” partiyasının lideri və Baş nazirliyə namizəd Samvel Karapetyana qarşı iş açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Verelq.am” portalı məlumat yayıb.
Portalın məlumatına görə, buna səbəb Karapetyanın gəlir və əmlakla bağlı bəyannaməni təqdim etməməsi olub.
Qeyd edək ki, bu həftənin bazar günü, iyunun 7-də Ermənistanda Parlament seçkiləri keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz