
Keçmiş ABŞ prezidenti Barak Obamanın prezidentliyi dövründəki rəsmi “İnstaqram” hesabı naməlum şəxs tərəfindən haker hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə siyasətçinin səhifəsindəki şübhəli fəaliyyəti ilk görən TMZ portalı məlumat yayıb.
Portalın məlumatına görə, bazar günü keçmiş ABŞ liderinin hesabında qəribə məzmun peyda olub. Daha sonra bunun hakerin işi olduğu ortaya çıxıb.
Portalın yazdığına görə, naməlum şəxs bir neçə məzmun, o cümlədən süni intellekt (Sİ) tərəfindən yaradılan bir şəkil paylaşıb.
“Meta” nümayəndəsi hesabın haker hücumuna məruz qaldığını təsdiq edib. O, səhifə üzərində nəzarətin bərpa olunduğunu əlavə edib.
Barak Obamanın bu hesabdakı son paylaşımı onun prezidentliyinin son günündə, 20 yanvar 2017-ci ildə dərc olunub.
Hakerin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz