Prezidentliyə namizəd olmayacağını açıqladı – Baş nazir olacaq

 
Serbiya Prezidenti Aleksandr Vuçiç hazırkı prezidentlik müddəti 2027-ci ildə başa çatdıqdan sonra növbəti müddətə namizədliyini irəli sürmək niyyətində olmadığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Yenidən baş nazir vəzifəsini tutmaq istəyib-istəmədiyi barədə suala cavab olaraq isə siyasətçi “Bu baş verə bilər”, - deyə bildirib.
Vuçiç həmçinin 2026-cı ildə Serbiyada parlament və prezident seçkilərinin keçiriləcəyini əlavə edib.
Qeyd edək ki, Vuçiç ilk dəfə 2017-ci ildə Serbiyanın prezidenti seçilib. 2022-ci ildə o, ikinci müddətə yenidən seçilib və bu müddət 2027-ci ildə başa çatır.
Digər tərəfdən, mayın 21-də Vuçiç parlament seçkilərinin payızda, sentyabrın sonu ilə noyabrın ortaları arasında keçiriləcəyini elan edib.
Serbiya Milli Assambleyasının (birpalatalı parlament) sədri Ana Brnabiç hakim “Serbiya Proqressiv Partiyası”nın qarşıdan gələn parlament seçkilərində Vuçiçi baş nazirliyə namizəd göstərəcəyini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top