
Ötən il Bakı şəhərində ən çox su pulu Binəqədi rayonunda yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Binəqədi rayonunda əhaliyə verilən 19 milyon 76 min kubmetr suyun qarşılığında əhalidən 18 milyon 314 min manat vəsait daxil olub.
Nəticədə, Binəqədi rayonunda 1 kubmetr suya düşən faktiki ödəniş 0,96 manat təşkil edib.
İkinci yerdə Yasamal rayonu qərarlaşıb. Burada əhalinin istehlak etdiyi 14 milyon kubmetrdən çox su üçün 9,8 milyon manat ödəniş qeydə alınıb. 1 kubmetrə düşən məbləğ 0,70 manat olub ki, bu da faktiki tarifə ən yaxın göstəricilərdən sayılır.
Səbail rayonunda 1 kubmetr su üçün ödəniş 0,93 manat təşkil edib. Bu da paytaxt üzrə qeydə alınan ən yüksək göstəricilərdən biridir.
Ən az su pulu isə Qaradağ rayonunda yığılıb. Burada əhaliyə verilən 9,6 milyon kubmetrə yaxın suya görə əhalidən cəmi 4,6 milyon manat daxil olub. Nəticədə 1 kubmetrə düşən məbləğ 0,48 manat təşkil edib.
Aşağı göstəricilər sırasında Sabunçu rayonu (0,54 manat) və Xəzər rayonu (0,59 manat) da yer alıb.
Paytaxt rayonları arasında əhaliyə verilən su, satışdan əldə olunan ümumi məbləğ və bir kub metrə düşən məbləğ aşağıdakı kimi olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz