İraqda ABŞ və Britaniya hərbçiləri həlak oldu


İraqda keçirilən hərbi təlimdə bir ABŞ və bir Britaniya hərbçisi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, hadisə mayın 31-də İraqın şimalındakı Ərbil şəhərindəki ABŞ Hərbi Hava Qüvvələri bazasında baş verib.
Həm ABŞ, həm də Britaniya rəsmiləri hadisənin təfərrüatları, o cümlədən həlak olan hərbçilərin adları barədə məlumat verməyiblər.
Qeyd edək ki, may ayının əvvəlində Mərakeşdə keçirilən “Afrika Aslanı” hərbi təlimlərində iki ABŞ hərbçisi uçurumdan Atlantik okeanına düşmüş, daha sonra hərbçilərdən ancaq birinin cəsədi tapılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top