
Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelottinin oğlu Davide Ançelotti Fransanın məşhur “Lill” klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bir sıra klub və milli komandalarda məşqçilik etmiş 36 yaşlı italiyalı mütəxəssis Fransa komandası ilə iki illik müqavilə imzalayıb.
Müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, 2025/2026 mövsümündə “Lill” klubu “Liqa 1” turnirini 61 xalla üçüncü yerdə tamamlayıb. Komanda 2026/2027 mövsümünün UEFA Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz