“Sahibə Qafarova məni Azərbaycana dəvət etdi” – Simonyan


“Dəvət olarsa və fürsət yaranarsa, Azərbaycana səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm”.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, bunu iyunun 1-də İctimai Televiziyada keçirilən seçkiqabağı debatlarda “Vətəndaş Müqaviləsi” partiyasının namizədi və Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib.
“Sizə bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda bir forum keçirildi və azərbaycanlı həmkarım (Sahibə Qafarova – red.) məni Azərbaycana dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası ilə əlaqədar forumda iştirak etməkdən imtina etdim”, - deyə Simonyan əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top