Türk əsgələrini yandıran terrorist barəsində ŞOK FAKT

Suriyada iki türk əsgərini diri-diri yandıran və daha sonra təbliğat çıxışı edən İŞİD terroristi ilə bağlı şok fakt ortaya çıxıb. Belə ki, Həsən Aydın adlı terroristin iki dəfə Türkiyədə həbs edildiyi daha sonra isə sərbəst buraxıldığı məlum olub. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, H.Aydın ilk dəfə 2012-ci ildə "Əl Qaidə" terror təşkilatına üzv olduğu şübhəsi ilə həbs olunmuş daha sonra azadlığı buraxılıb. 3 il sonra 2015-ci ildə isə qeyri-qanuni yolla Suriyaya keçmək istəyərkən saxlanılıb. O, Suriyaya hərbi ləvazimatlar və dron (pilotsuz uçuş aparatı) apararkən həbs olunub.Ancaq məhkəmə qarşısına çıxarılan H.Aydın yenidən sərbəst buraxılıb.

Evli və 2 övladı olan terrorist 8 may 2015-ci ildə ailəsi ilə birlikdə yoxa çıxıb. Yaxınları hüquq mühafizə orqanlarına H.Aydın və ailəsinn itkin düşməsi ilə bağlı müraciət edblər. 4 ay sonra terrorist qardaşına zəng vuraraq Suriyada olduğunu və İŞİD-ə qoşulduğunu xəbər verib.

DİGƏR XƏBƏRLƏR

Top