
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ İranla gələn həftə razılıq əldə edə bilər.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “ABC News” telekanalına telefonla verdiyi müsahibədə danışıb.
“Düşünürəm ki, gələn həftə ərzində”, - deyə o, sənədin nə vaxt razılaşdırılacağı ilə bağlı suala cavab olaraq bildirib.
Amerika lideri həmçinin bildirib ki, sənədin əvvəlki versiyası ilə razılaşmayıb, çünki razılaşmaya daha bir neçə bəndin daxil ediləcəyini gözləyib.
O, hazırda vəziyyətin yaxşı göründüyünü və həll olunmamış bir neçə sual qaldığını əlavə edib.
Qeyd edək ki, ötən həftə Amerika və İran 60 günlük atəşkəs və nüvə proqramı üzrə dialoqun başlanması haqqında memorandum barədə razılığa gəlib. “Axios” portalının məlumatına görə, memorandum gəmilərin İran qüvvələri tərəfindən saxlanılmadan Hörmüz boğazından məhdudiyyətsiz keçidini təmin edir. Tehran 30 gün ərzində sulardakı bütün minaları təmizləməli və kommersiya gəmiçiliyi bərpa olunduqca ABŞ tədricən dəniz blokadasını aradan qaldırmalıdır. Sənədin əsas məqamlarından biri də İranın nüvə silahı istehsal etməmək öhdəliyidir. Vaşinqton həmçinin Tehrandan bütün zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyi tələb edir.
Tətbiqimizi yükləyə bilərsiniz