"Facebook"dan kim daha çox istifadə edır?- SİYAHI

Keçmiş Sovet Respublikaları arasında "facebook" sosial şəbəkəsindən ən çox istifadə edənlər Litva vətəndaşlarıdır. "Yeniavaz.com"un ayrı-ayrı ölkələrin rəsmi statistika qurumlarına istinadən apardığı hesablama göstərir ki, Litva əhalisinin təxminən yarısı - 46,4%-i "facebook"dan istifadə edir. İlk 5-liyə Estonya, Gürcüstan, Latviya və Ermənistan daxildir. Bu ölkələrdə "facebook" istifadəçiləri müvafiq olaraq əhalinin 43%, 39,5%, 30,5% və 25,3%-ni təşkil edir. Azərbaycan keçmiş Sovet Respublikaları arasında "facebook" istifadəçilərinin sayına görə 6-cı sırada qərarlaşıb. Azərbaycan əhalisinin 15%-i və ya 1 milyon 460 min nəfər "facebook"dan istifadə edir. İlk 10-luğu Moldova (12,7%), Ukrayna (8,9%), Belarus (6,7%) və Rusiya (6,5%) tamamlayır. Qazaxıstan (5,7%), Qırğızıstan (4%), Özbəkistan (1,16%), Tacikistan (0,95%) və Türkmənistan (0,18%) isə müvafiq olaraq 10-15-ci sıralarda qərarlaşıblar.

DİGƏR XƏBƏRLƏR

Top