“Netanyahu və “Hizbullah” rəhbərliyi ilə razılıq əldə etdim” − Tramp


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və “Hizbullah” rəhbərliyi ilə Livanda atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkə hesabında məlumat yayıb.
“Baş nazir Bibi Netanyahu ilə çox məhsuldar söhbətim oldu və İsrail qoşunları Beyruta göndərilməyəcək. Yolda olan bütün qoşunlar artıq geri döndərilib. Eynilə, yüksək vəzifəli şəxslər vasitəsilə “Hizbullah”la çox yaxşı söhbətim oldu və onlar bütün atışmaların dayandırılacağı barədə razılığa gəldilər. İsraillilər onlara hücum etməyəcəklər və onlar da İsrailə hücum etməyəcəklər”, - Tramp yazıb.
Xatırladaq ki, bir müddət əvvəl İranın “Tasnim” xəbər agentliyi Tehranın İsrailin Livandakı hücumlarına etiraz olaraq Vaşinqtonla bütün əlaqələri dayandırdığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top