
Rosselxoznadzor (Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) 2 iyun tarixindən etibarən Ermənistandan Rusiyaya müəyyən meyvələrin idxalını müvəqqəti olaraq qadağan edib.
Yeniavaz.com xəbər verir ki, siyahıya albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və üzüm daxildir.
Son günlərdə Rosselxoznadzor Ermənistandan Rusiyaya bir çox məhsulun, o cümlədən çiyələk, göyərti, xiyar, pomidor, bibər və bir neçə marka konyak və şərabın idxalını qadağan edib.
Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında münasibətlər İrəvanın Qərb ölkələri ilə əlaqələr qurmağa başlayandan pisləşib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ermənistan Avropa Birliyinə qoşularsa, Moskva İrəvanla bütün iqtisadi inteqrasiyanı bağlayacaq və Ermənistandan mal almağı dayandıracaq.
Tətbiqimizi yükləyə bilərsiniz