
“ABŞ Prezidenti Donald Trampın hazırkı administrasiyasının hərəkətləri çərçivəsində son bir ildə təxminən 2000 yüksək və kiçik amerikalı diplomat işdən çıxarılıb və ya təqaüdə çıxmağa məcbur edilib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Kanalın məlumatına görə, müxbirlər tərəfindən müsahibə alınan bir çox diplomat bu məsələ ilə bağlı ictimaiyyətə danışmaqdan imtina edib. Şərhlərini açıqlayanlardan biri də təxminən 30 il diplomatik xidmətdə işlədikdən sonra 2024-cü ildə ABŞ-nin Moldovadakı növbəti səfiri kimi təsdiqlənən Kelli Adams-Smit olub. Lakin Tramp administrasiyası onun təyinatını 2025-ci ilin fevral ayında ləğv edib. “NBC News” aydınlaşdırıb ki, Adams-Smitə Dövlət Departamentində başqa heç bir uyğun vəzifə təklif olunmayıb və bundan sonra o, istefa verməyə məcbur olub. Onun diplomat əri də xidmətdən ayrılıb.
Kanal qeyd edib ki, Dövlət Departamenti işdən çıxarılan işçilər haqqında məlumat verməkdən imtina edib. “NBC News” əlavə edib ki, ABŞ hazırda son ixtisarlar və məcburi təqaüdə çıxmalar səbəbindən diplomatik personalın ciddi çatışmazlığı ilə üzləşir. Avropada hazırda 33 Amerika səfiri var, 17 vəzifə isə hələ də boşdur. Afrikada hazırda 41 ölkədə, Asiya və Okeaniyada 23 ölkədə, Şimali və Cənubi Amerikada isə 17 ölkədə Amerika səfiri yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz