Əlcəzair Prezidenti Azərbaycan liderini təbrik etdi


Əlcəzair Prezidenti Abdelmacid Tebbundan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Yeniavaz.com
xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri, əziz Qardaşım.
Qardaş Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluğumu bildirirəm. Qardaş xalqlarımızın qarşılıqlı mənafeyinə xidmət naminə bu münasibətlərin daha da möhkəmləndirilməsi və yeni zirvələrə yüksəldilməsi istiqamətində fəaliyyətimizi davam etdirməyə sadiqliyimi bir daha təsdiq edirəm.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top