Litvanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı


Litvanın müvəqqəti işlər vəkili Yolanta Tubayte Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyinin bəyanatında bildirilib.
Bildirilib ki, nazirlikdə Litva hakimiyyətinin sovet əsgərlərinin dəfn yerini dağıtmaq planlarına qarşı sərt etiraz bildirilib:
“İyunun 1-i Litvanın müvəqqəti işlər vəkili Yolanta Tubayte Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və orada Litva hakimiyyətinin Vievis şəhərində Litvanın nasistlərdən azad edilməsi uğrunda döyüşlərdə həlak olan sovet əsgər və zabitləri üçün dəfn yerini dağıtmaq üçün yeni barbar planlarına qarşı sərt etiraz bildirilib”.

DİGƏR XƏBƏRLƏR

Top