
“İranlı danışıqçılar ABŞ nümayəndələri ilə əlaqələri dayandıracaqlar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi “Tasnim” mənbəyə istinad etmədən məlumat yayıb.
Məlumata görə, bu qərar İsrailin “Hizbullah”ın obyektlərinin olduğu Livana hücumlarına cavab olaraq verilib. İran qeyd edib ki, ABŞ ilə atəşkəs şərtləri arasında Livan da var, lakin döyüşlər “bütün cəbhələrdə” davam edir.
Tehran həmçinin Hörmüz boğazından keçidi “tamamilə bloklamaq” və Bab əl-Məndəb boğazı da daxil olmaqla “digər cəbhələri aktivləşdirmək” niyyətindədir.
Tətbiqimizi yükləyə bilərsiniz