
Azərbaycanlı muğənni Roza Zərgərli Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə muğənni sosial şəbəkə hesabında məlumat yayıb.
Çeçenistanda konsert üçün səfərdə olan Zərgərli respublika rəhbərinə paylaşımında təşəkkür edib:
“Çeçenistan Respublikasına və Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırova səmimi qarşılamalarına, incəsənətə dəstəyinə və Azərbaycan musiqisinə olan sevgilərinə görə səmimi qəlbdən minnətdaram. Bu, mənim üçün böyük şərəf və dəyərdir”.

Tətbiqimizi yükləyə bilərsiniz