Bu il Rusiyanın ən varlı şəxslərinin sərvəti 22 milyard dollar artıb


Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən etibarən 21 milyard 847 milyon dollar artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.
İndeksə əsasən, ən böyük gəlir artımı mineral gübrə və enerji sektorunda fəaliyyət göstərən şirkətlərin həmtəsisçisi Andrey Melniçenkoya məxsusdur. O, ilin əvvəlindən bəri sərvətini 5,63 milyard dollar artıraraq 24,6 milyard dollara çatdırıb.
Enerji şirkəti “Novatek”in rəhbəri Leonid Mixelson isə sərvətini 4,15 milyard dollar artıraraq 27,8 milyard dollara yüksəldib. Metallurgiya nəhəngi “Severstal”ın təsisçisi Aleksey Mordaşov da 3,66 milyard dollarlıq artımla sərvətini 29,9 milyard dollara çatdırıb.
Bununla yanaşı, bəzi rusiyalı milyarderlərin sərvətində azalma qeydə alınıb. Sahibkar Mixail Proxorov 4,6 milyard dollar itirərək sərvətini 12 milyard dollara endirib. Pavel Durov isə 2,2 milyard dollarlıq azalma ilə 12,2 milyard dollarlıq sərvətə sahib olub.
“Bloomberg Billionaires Index” 2012-ci ilin mart ayından dərc olunur və dünyanın ən varlı 500 şəxsinin sərvət dinamikasını şirkət səhmlərinin bazar dəyəri və digər maliyyə göstəriciləri əsasında izləyir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top