“Honda” 100 000 avtomobilini geri çağırır


Yaponiyanın “Honda” avtomobil istehsalı şirkəti ABŞ-də təxminən 100 000 avtomobilini geri çağırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadla məlumat yayıb.
Məlumata görə, geri çağırılmaya hava yastığı sistemində yaranan potensial təhlükəli qüsur səbəb olub.
Bildirilir ki, bu qüsurla əlaqədar ön sərnişin oturacağındakı çəki sensoru düzgün işləməyə, nəticədə, qəza zamanı ön və diz hava yastıqları hətta oturacaqda uşaq olduqda belə açıla bilər. Bu isə zədə riskinin artması deməkdir.
“Honda” qüsurun təsadüfən hava yastığının açılmasına səbəb ola biləcəyini bildirsə də, indiyə qədər bu problemlə bağlı xəsarət və ya ölüm hallarının qeydə alınmadığını əlavə edib.
İstehsalçının məlumatına görə, geri çağırılma 2016-2026-cı illər arasında istehsal olunan “Honda” və “Acura” modellərinin geniş çeşidini, o cümlədən “Civic”, “Accord”, CR-V, “Pilot”, “Odyssey”, “Ridgeline”, HR-V, “Passport”, “Insight”, eləcə də “Acura TLX”, RDX və MDX modellərini əhatə edir.
İstehsalçı bildirib ki, bu modellərin sahiblərinə 6 iyul 2026-cı il tarixindən etibarən məktubla məlumat veriləcək.
Qüsurun aradan qaldırılması üçün nəqliyyat sahibləri səlahiyyətli “Honda” və ya “Acura” dilerlərinə müraciət etməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top