Narkokartel gəmilərinə zərbələrdə ölənlərin sayı 200-ü keçdi


ABŞ-nin Cənubi Amerikada narkotik kartelləri ilə əlaqəli olduğu güman edilən gəmilərə endirdiyi zərbələr nəticəsində 200-dən çox insan həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin payızında Amerika hücumlarının başlamasından bəri ABŞ qüvvələri narkotik qaçaqmalçıları tərəfindən istifadə edilməkdə şübhəli bilinən gəmilərə 62 hücum həyata keçirib.
Nəşrin məlumatına görə, hücumlarda ən azı 202 nəfər həlak olub.
ABŞ Cənub Komandanlığı (SOUTHCOM) sonuncu dəfə belə bir hücum barədə mayın 30-da məlumat verib. Hücum nəticəsində üç ABŞ əsgəri həlak olub.
Qeyd edək ki, Pentaqon rəhbəri Pit Heqset ötən ilin noyabr ayında narkotik kartelləri ilə mübarizə aparmaq üçün “Cənub Nizəsi” (“Southern spear”) əməliyyatının başladığını elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top