
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyevin vəfat etdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilib ki, general-mayor 71 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 2016-cı ildə onun barəsində rüşvət iddiaları yayılmış, general bütün ittihamları təkzib etmişdi.
Mərhumun bu gün torpağa tapşırılacağı bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz